“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Liverpul”la oyunda nalayiq davranışına görə bir oyunluq diskvalifikasiya alıb.
Sport1.az xəbər verir ki, “zadəganlar”ın hücumçusu Estevao 90+5-ci dəqiqədə qələbə qolunu vurduqdan sonra Mareska tribunalarla birlikdə emosional şəkildə sevinib.
Baş hakim Entoni Teylor onun bu hərəkətinə görə qırmızı vərəqə göstərib. İngiltərə Futbol Assosiasiyası bəyan edib ki, mütəxəssis davranış qaydalarını pozduğunu etiraf edərək standart cəzanı qəbul edib.