“Milan”ın futbolçusu millinin məşq toplanışında zədələnib.Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisinin amerikalı hücumçusu Kristian Pulişiçin bud əzələsi yırtılıb.
Bu haqda ABŞ yığmasının baş məşqçisi Maurisio Poççetino açıqlama verib.
Qeyd edək ki, “Milan”da bundan öncə Rafael Leao millinin heyətində zədələnərək klub bazasına geri dönmüşdü.