Tomas Tuxelin rəhbərliyi ilə İngiltərə millisi bütün oyunlarda 100%-lik nəticə əldə edib.Sport1.az xəbər verir ki, almaniyalı baş məşqçi ingilisləri meydana çıxartdığı 6 matçın hamısında qələbə qazanıb.
Keçirilən oyunlarda ümumi 18 qol vuran İngiltərə yığması qapısında qol görməyib.
Qeyd edək ki, Britaniya təmsilçisi Latviya üzərində 5:0 hesablı qələbə qazanaraq Dünya Çempionatına vəsiqəni təmin etdi.