“Santos”un hücumçusu Neymar “İnter” və “Napoli”nin maraq dairəsindədir.Sport1.az xəbər verir ki, braziliyalı A Seriyasına keçməyə hazırdır.
33 yaşlı futbolçu hazırkı klubu ilə müqaviləsi başa çatdıqdan sonra bu qış Avropaya qayıtmağı düşünür.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelottini heyrətləndirmək və 2026-cı il Dünya Çempionatı öncəsi milli komandaya qayıtmaq Neymarın əsas hədəflərindən biridir.