Kubokda finalçılar müəyyənləşir

Bölmə adı Basketbol
Yayımlandı 28-03-2025, 10:10

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.


Sport1.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" NTD ilə üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. Saat 19:00-da isə "Naxçıvan" və "Gəncə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm "Neftçi" bu titulun sahibi olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR