“Sumqayıt”ın oyunun vaxtı dəyişdirildi

Bölmə adı ABL
Yayımlandı 26-03-2025, 17:39

Azərbaycan Basketbol Liqasında XX turunun təqvimində dəyişiklik edilib.


Sport1.az xəbər verir ki, aprelin 5-də nəzərdə tutulan “Gəncə” - “Sumqayıt” matçının keçirilmə tarixi bir gün sonraya keçirilib.

Qarşılaşma aprelin 6-da, saat 14:00-da Gəncə İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında XX tur aprelin 1-də start götürəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR