"Söz-söhbətlərin heç bir təsiri olmur" - Ayxan Abbasov

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-09-2025, 18:47

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət etsin. Oyuna gəldikdə, "Araz-Naxçıvan" iddialı komandalardandır. Biz də yaxşı hazırlaşmışdıq. İlk yarıda komandam çox yaxşı oynadı. Futbolçular istədiklərimizi daha yaxşı etməyə çalışırlar. Bəlkə də 2-ci qolu vura bilərdik. İkinci hissədə rəqib dəyişiklik etdi. Gənclərimiz inkişaf edirlər. Bizim üçün vacib xaldır. Uduzmamaq əsas prinsipimizdir. Amma qələbə qazanmaq istəyirdik. Təəssüf ki, zədəlilərimiz çoxalır. Buna hazır olmaq lazımdır".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR