"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 6-cı turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib. Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında dedi:
"Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Öz futbolçularıma minnətdarlığımı bildirirəm. Mübariz oyun göstərdilər. Bu vaxta qədər deyirdilər ki, "Qəbələ"nin hücum xətti yaxşıdır, müdafiədə problemlər var. Bu oyun göstərdi ki, komandamız müdafiə olunmağı da bacarır. "Qarabağ" kimi rəqibə qarşı 90 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq futbolçular taktiki baxımdan çox düzgün oynadılar. "Qarabağ"ın Çempionlar Liqasında vacib oyunu var. Onlara uğurlar arzulayıram. Daha bir vacib məqamı qeyd edim ki, bu gün daha bir futbolçumuz (Qədir Ramazanov) Premyer Liqada debüt etdi. Bu mövsüm debüt edən yerli oyunçuların sayı 5-ə çatdı”.