"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya “Zirə” ilə bugünkü matçdan sonra mətbuat konfransl keçirib.Sport1.az xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb:
“Oyun gözlədiyimiz kimi çox çətin keçdi. Meydanın bu vəziyyətdə olması çətinliyi daha da artırmışdı. “Zirə” çempionatın ən güclülərindən biri, çempionluğa oynayan komandadır. Buna baxmayaraq, uşaqlar özlərini itirmədilər, layiqli mübarizə apara bildilər. Birinci hissədə vurulan qol bizim üçün vacib idi. Buna görə ikinci hissəyə daha rahat başladıq. “Zirə”nin yüksək keyfiyyətli oyunçularının olduğunu bilirdik. Xüsusən də yarımmüdafiə və hücum xəttində. İkinci hissədə onların təhlükəli hücumlarının qarşısını almağa hazır idik. Meydanın mərkəzindən hücum qura bilmirdilər. Ona görə də daha çox cinahlardan cərimə meydançamıza uzun ötürmələr verirdilər. Bu hücumların nəticəsində 1 qol buraxdıq. Belə komanda ilə oyunda heç-heçə bizim üçün müsbət nəticədir”.