Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt” – “Neftçi” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç mətbuat konfransına qatıldı.
Sport1.az xəbər verir ki, mütəxəssis bunları dedi:
“Neftçi”ni təbrik edirəm. Maraqlı oyun keçdi. Fürsətlərdən istifadə edə bilmədik. Yersiz qol buraxdıq. Ancaq bu futboldur, belə şeylər olur. Bəzi səhvlərimiz oldu. Qolları buna görə buraxdıq. Bu gün “Neftçi”dən daha yaxşı oynadıq. Baxışımla 3 yaxşı qol epizodumuz var idi, amma dəyərləndirə bilmədik. Əvəzində çoxlu səhvlər buraxdıq. Təəssüfedici məqam budur.