“Qarabağ”ın matçı ilklərlə yadda qaldı

Bölmə adı Premyer Liqa
Yayımlandı 21-09-2025, 21:59

Bu gün Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi rəqibini 5:0 hesabı ilə darmadağın edib. Bu, cari mövsümün ən böyük hesablı qələbəsi olub.

"Köhlən atlar"ın futbolçusu Toral Bayramov qarşılaşmada 3 qol vurub. 24 yaşlı futbolçu cari "futbol ili"ndə Premyer Liqada qeydə alınan ilk het-trikin müəllifi olub.

NİHAT KƏRİMLİ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR