"Qəbələ" Misli Premyer Liqasının 5-ci turunda doğma meydanda "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.Sport1.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Adil Şükürov "Qəbələ" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında matçla bağlı fikirlərini bölüşdü:
- "Qəbələ"ni təbrik edirəm. Onlar düşən bütün imkanları dəyərləndirdilər və layiqli qələbə qazandılar. Komanda olaraq, istədiklərimizi edə bilmirik. Bir çox şeylərdə futbolçularla ortaq məxrəcə gələ bilmirik. Futbolçularla yenə də danışacağıq. Futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmir. Bu da bütün matçlarda məğlubiyyətimizə səbəb olur".