"İmişli" Misli Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.
Sport1.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Oyun bizim üstünlüymüzlə keçdi. İstədiyimiz kimi oynaya bildik. Rəqib qol vurmaq üçün təzyiq edirdi. Amma bunun qarşısını almağı bacardıq. Daha sonra öz oyunumuzu onlara diktə edə bildik. Hesab 2:0 olandan sonra daha rahat oynamağa başladıq. Bilirdik ki, rəqib 1 qol vursa, hesabı bərabərləşdirmək üçün çalışacaq. Bizim qol şanslarımız çox oldu. 3:0 hesabı oyunumza layiq nəticədir. Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Bir az hakimlər barədə danışmaq istəyirəm. İlk dəfədir bu haqda danışıram. İki vacib situasiya oldu. Bir penaltimizi vermədilər. "Karvan"ın kapitanının Almeydaya qarşı sərt oynadığı epizodda da qırmızı vərəqə verilməli idi. Bu, ötən həftə bizim oyunçuya verilən qırmızı vərəqəlik epizoddan daha sərt idi".