“Real”ın futbolçusu Dani Karvahal La Liqanın I turunda “Osasuna”ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, kapitan kimi meydana çıxan cinah oyunçusu 1:0 hesablı qələbə haqda bunları deyib:
“Hazırlığımızın yaxşı olmaması hiss olunurdu. Buna baxmayaraq, sona qədər mübarizə aparıb qələbəni qazandıq.
Kapitan kimi ilk mövsümümdür. Bu, uzun illər çəkilən əziyyətin mükafatıdır. Kapitanlıq çox vacibdir və bunu qürurla daşıyacağam”.