son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

"Daha artığını etməyə gücümüz var" - Elmar Baxşıyev

Bölmə adı Konfrans Liqası
Yayımlandı 23-07-2025, 20:58

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarında keçiriləcək "Aris"lə (Yunanıstan) matç haqda danışıb.

Sport1.az xəbər verir ki, o, görüşdən öncə keçirilən mətbuat konfransında deyib: "Oyunun mahiyyətini hamı dərk edir. Matça yaxşı hazırlaşmışıq. Ümidliyik, inamlıyıq. Futbolçularım sabah meydanda ən yaxşısını etməyə çalışacaq. Yaxşı komandayıq. Təcrübəsiz görünə bilərik. Amma komandam özünə inanır. Yaxşı hazırlıq keçmişik. Daha artığını etməyə gücümüz var".

Mütəxəssis komandasında təcrübəli oyunçularının olduğunu bildirib: "Komanda Konfrans Liqasında yeni ola bilər. Amma heyətdə olan futbolçular dəfələrlə belə yarışlarda iştirak ediblər. Yaxşı oyunçulara sahibik".

E.Baxşıyev yeni transferlər haqda da söz açıb: "Sərəncamımda olan futbolçuların hamısını mən bəyənmişəm. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Yoxlama oyunlarında öz ustalıqlarını göstərməyə çalışırdılar. Yaxşı kollektivimiz var. Uyğunlaşma baxımından heç kimin sıxıntısı yoxdur".

O, azarkeşlərə də səslənib: "Bizi dəstəkləsinlər. Onları sevindirməyə çalışacağıq".

Mütəxəssis "Mövsüm başlamadan öncə Naxçıvana gedib azarkeşlərlə görüşməyi düşünürsünüz?" sualına belə cavab verib: "Biz də onları görmək istəyirik. Sıx təqvimdəyik. Bizim təlim-məşq toplanışında naxçıvanlı azarkeşlər iştirak edirdi. Onlarla görüşmüşük. Nə vaxtsa Naxçıvana qayıdacağıq. İndiki durumda daha çox komandaya diqqət ayırırıq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR