son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

"Aris"in baş məşqçisi: "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik"

Bölmə adı Konfrans Liqası
Yayımlandı 23-07-2025, 18:56

Yunanıstanın "Aris" komandası "Araz-Naxçıvan"ı təhlil edib.

Sport1.az xəbər verir ki, bunu "Aris"in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis səfər qarşılaşmasından sərfəli nəticə ilə dönmək istədiklərini bildirib:

"Bu mənim Azərbaycana ilk səfərim deyil. Daha əvvəl "Qəbələ" klubuna rəqib baş məşqçi kimi ölkənizə gəlmişdim. "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik. Bizi çətin qarşılaşma gözləyir. Sabahkı matç üçün start heyəti bəllidir. Həmin futbolçularla fərdi söhbətlər aparılıb. Meydana çıxacaq bütün oyunçular güclərini tam ortaya qoymalıdırlar".

O, Azərbaycan klublarından hər il Avropada "Qarabağ"ı gördüklərini söyləyib:

"Sizin komandalarınızdan "Qarabağ"ı və "Neftçi"ni tanıyıram. "Qarabağ" hər il avrokuboklarda qrupa düşür. Bunun şahidi oluruq. Ümumiyyətlə, futbolunuzun inkişafda olduğunu söyləyə bilərəm".

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR