son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Cavid Hüseynov: “Qarabağ”ın hücum xətti gücləndirilməlidir” - AÇIQLAMA

Bölmə adı Çempionlar Liqası / Manşet
Yayımlandı 23-07-2025, 17:27

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında yeni mövsümdə ilk oyununa çıxacaq. Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiyada “Şelburn” klubunun qonağı olacaq.

Matç öncəsi Sport1.az-a danışan futbol mütəxəssisi Cavid Hüseynov “Qarabağ”ın hücum xətti ilə bağlı fikirlərini bölüşdü. O, Musa Qurbanlı, Nəriman Axundzadə və Emmanuel Addainin bacarıqlı futbolçular olduğunu bildirsə də, bu heyətin hələlik turnirdə uğur üçün tam yetərli olmadığını dedi:

“Qarabağ" böyük klubdur və həm Premyer Liqada, həm də avrokuboklarda eyni intensivliklə mübarizə aparır. Bu isə iki bərabər səviyyəli heyətə sahib olmağı tələb edir. Klub bu yöndə çalışır, hər oyuna qələbə üçün çıxır. Amma hesab edirəm ki, hücum xəttinin gücləndirilməsinə ehtiyac var”.

Cavid Hüseynovun fikrincə, bu, hazırkı hücumçuların zəif olması anlamına gəlmir. Sadəcə, daha yüksək hədəflər – xüsusən də Çempionlar Liqasında uğur üçün hücumda alternativlərin artması vacibdir:

“Əminəm ki, klub rəhbərliyi də bu məsələnin fərqindədir və transfer işlərini bu istiqamətdə sürətləndirəcək. "Qarabağ" daim inkişaf edən komandadır və hücum xəttinə yeni bir nəfəs gələcək”.

NİHAT KƏRİMLİ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR