son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

"Qarabağ" bu görüşdə məğlub olmayacaq" - AÇIQLAMA

Bölmə adı Çempionlar Liqası / Manşet
Yayımlandı 23-07-2025, 16:37

Bu gün "Qarabağ" Çempionlar Liqasında ilk oyununa çıxır. "Köhlən atlar" II təsnifat mərhələsində səfərdə "Şelburn"la qarşılaşacaq.

Ağdamlılar bu görüşdə qələbə qazana biləcəklər? İrlandlar "Qarabağ"a çətinlik yaradacaq komandadır? Suallarımızı Adil Mahmudova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Qarabağ" beynəlxalq turnirlərdə güclü rəqiblərlə baş ağrısı olan, sözünü demiş klubdur. Ağdam təmsilçisinin yetəri qədər təcrübəsi var. Odur ki, bütün rəqibləri təmsilçimizi son dərəcə ciddi rəqib hesab edir, onlara qarşı xüsusi motivasiya ilə oynayırlar. Ağdamlıların heyətində yeni transferlər olsa da, düşünürəm ki, onlar artıq uyğunlaşma prossesini böyük ölçüdə arxada qoyublar. "Qarabağ"a gələn hər bir futbolçu adaptasiyada çox əziyyət çəkmir. Bu gün yeni transferləri də iş başında görəcəyik. Cütün favoriti "Qarabağ"dır. Buna rəğmən irlandlar da diş göstərəcəklər. Qurban Qurbanovun komandası bu qarşılaşmada məğlub olmayacaq. Klubumuz ya qalib gələcək, ya da 90 dəqiqəni sülhlə bitirəcək. İstənilən halda cavab görüşündə "Qarabağ"ın qələbəsi şübhəsizdir".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR