son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Füzuli Məmmədov "Qarabağ"ı favorit hesab edir - AÇIQLAMA

Bölmə adı Manşet / Çempionlar Liqası
Yayımlandı 23-07-2025, 16:23

Bu gün "Qarabağ" Çempionlar Liqasında ilk oyununa çıxır. "Köhlən atlar" II təsnifat mərhələsində səfərdə "Şelburn"la qarşılaşacaq.

Ağdamlılar bu görüşdə qələbə qazana biləcəklər? İrlandlar "Qarabağ"a çətinlik yaradacaq komandadır? Suallarımızı Füzuli Məmmədova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Bu gün çempionumuz bir nömrəli klub turnirində mübarizəyə qoşulur. "Qarabağ"in heyətində dəyişiklik olsa da, komandanın özəyi sabitdir. Onsuz da komanda bütün dəyişiklikləri ağılla edir. Çempionlar Liqasında zəif rəqib olmur. İrlandiya təmsilçiləri də həmişə xarakter göstərməyi bacarırlar. Ola bilər ki, təmsilçimiz ilk görüşdə istədiyi hər şeyi meydanda qoya bilməsin. Rəqib doğma meydan amilindən istifadə edərək tam gücü ilə müqavimət göstərəcək. Bu günün favoriti "Qarabağ"dir. Təmsilçimiz iki oyundan sonra sevinən tərəf olacaq. Təbii ki, irəlidə Qurban Qurbanovun komandasını daha çətin rəqiblər gözləyir. Buna rəğmən, ağdamlıların oyundan-oyuna yaxşı çıxış edəcəklərinə inanıram".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR