son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Avropada beşinci het-trik

Bölmə adı Avropa Liqası
Yayımlandı 18-07-2025, 14:53

Azərbaycanı Avropa Liqasında təmsil edən “Sabah” klubunun futbolçusu Coy Lens Mikels avrokuboklarda het-trik edən beşinci futbolçumuz olub.

Sport1.az xəbər verir ki, Masazır təmsilçisi I təsnifat mərhələsinin cavab oyununda səfərdə Sloveniya təmsilçisi “Selye” ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. “Sabah”ın 31 yaşlı almaniyalı hücumçusu Mikels bu oyunda üç qol vuraraq het-trikə imza atıb. O, bu nailiyyətə səfər görüşündə və əlavə vaxtda imza atan nadir oyunçulardan biri olub.

Mikelsdən əvvəl Azərbaycan klublarının heyətində avrokuboklarda dörd futbolçu het-trikə nail olub:

2000/01 mövsümündə Badri Kvaratsxeliya (“Şəmkir”) – “Skonto”ya (4:1) qarşı, Çempionlar Liqası

2014/15 mövsümündə Ernest Nfor (“Neftçi”) – “Çixura”ya (3:2) qarşı, Avropa Liqası

2015/16 mövsümündə Teo Uiks (“Qəbələ”) – “Samtredia”ya (5:1) qarşı, Avropa Liqası

2024/25 mövsümündə Olavio Juninyo (“Qarabağ”) – “Linkoln”a (5:0) qarşı, Çempionlar Liqası

Coy Lens Mikels isə bu uğura 2025/26 mövsümündə, Avropa Liqasının təsnifat mərhələsində “Selye” ilə görüşdə imza atıb.

Qeyd edək ki, Bakıdakı ilk oyunda 2:3 hesabı ilə məğlub olan “Sabah” səfərdə eyni hesabla qalib gəlsə də, əlavə vaxtda buraxdığı qolla Avropa Liqası ilə vidalaşıb. Komanda yoluna UEFA Konfrans Liqasında davam edəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR