son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Vaqif Sadıqov: "Nokdaun olsaq da, nokaut olmamışıq" - AÇIQLAMA

Bölmə adı Avropa Liqası / Manşet
Yayımlandı 17-07-2025, 10:54

Bu gün "Sabah" Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Çelye" ilə üz-üzə gələcək.

Sloveniyada keçiriləcək qarşılaşmada "bayquşlar" üçün çətin olacaq. Çünki təmsilçisi Bakıda oyunda 2:3 hesabı ilə məğlub olub.

Valdas Dambrauskasının komandası geridönüş edə biləcək? "Sabah"ın mərhələ keçmək şansları var? Suallarımızı Vaqif Sadıqova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Sabah” ilk matça pis başlamadı. Komanda “Çelye"yə qarşı yaxşı mübarizə apardı. Heç kimin ağlına gəlməzdi ki, təmsilçimiz ötən il Konfrans Liqasında yarımfinala qədər irəliləyən komandayla görüşdə həm erkən qol vuracaq, həm də hesabda iki dəfə irəli çıxacaq. “Sabah” ilk oyunda xoş təsir bağışladı, amma əlinə düşən bəzi qol imkanlarından yararlana bilmədi. Müdafiədə bəzi boşluqlar və fərdi səhvlər oldu ki, rəqib bundan maksimum istifadə etdi. Masazır təmsilçisi sərgilədiyi oyuna görə məğlubiyyətə layiq deyildi. Sloveniyalılar ölkələrinə qələbəylə qayıtsalar da, hələ heç nə bitməyib. “Çelye" nisbi üstünlük əldə edib. Dambrauskas iddialı və optimist məşqçidir. O, matçdan sonra mətbuat konfransında sona qədər döyüşəcəklərini və mərhələ keçməyə fokuslandığını bildirib. Gəlin, hamılıqla litvalı mütəxəssisə inanaq və dəstəyimizi əsirgəməyək. Avrokubok matçları iki raundulu oyundan ibarətdir. Birinci raundda nokdaun olsaq da, nokaut olmamışıq. Düşünürəm ki, Sloveniyada daha ağır, maraqlı 90 dəqiqəyə şahidlik edəcəyik. “Sabah”ın sona qədər döyüşərək uğur qazanacağına inanıram”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR