SON DƏQİQƏ
Qadınlardan ibarət Azərbaycan milli komandasının yarımmüdafiəçisi Peritan Bozdağ Türkiyədə klubunu dəyişib.
Sport1.az xəbər verir ki, 26 yaşlı futbolçu “Fənərbaxça”ya transfer olunub. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, 2021-ci ildən Azərbaycan yığmasında forma geyən Peritan Bozdağın son klubu "Fatih Vatan Spor" olub. Daha əvvəl isə o, “Konak Belediyespor”, “Hakkarigücü Spor” və “Altay”da çıxış edib