"Naxçıvan" və NTD yarımfinalda

Bölmə adı ABL
Yayımlandı 11-03-2025, 21:36

Bu gün kişi basketbolçular arasında Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Sport1.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.

Hər iki qarşılaşma Bakı İdman Sarayında keçirilib. Günün ilk matçında “Şəki” və NTD qarşılaşıb. Görüş Tahir Baxşıyevin komandasının qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə “Naxçıvan”la “Abşeron” üz-üzə gəlib. Murat Dikmenin komandası çətinlik çəkmədən qələbə qazanıb.

Azərbaycan kuboku
1/4 final
11 mart
16:00. “Şəki” – NTD - 66:71 (16:20, 15:16, 22:23, 13:12)
Bakı İdman Sarayı

19:00. “Naxçıvan” – “Abşeron” - 102:60 (28:9, 18:19, 24:13, 32:19)
Bakı İdman Sarayı

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR