SON DƏQİQƏ
"Barselona"nın cinah hücumçusu Rafinya Çempionlar Liqasında Kriştiano Ronaldonun uğurunu təkrarlayıb.
Sport1.az xəbər verir ki, braziliyalı futbolçu turnirin cari mövsümündə 21 qolun vurulmasında iştirak edib.
Rafinyanın hesabında 12 qol və 9 ötürmə var. Kriştiano isə 2013/2014 mövsümündə 21 qolun təşkilində pay sahibi olub.
Qeyd edək ki, Rafinyanın qolu sayəsində "Barselona" hesabda önə keçsə də üstünlüyünü qoruya bilməyib və yekunda uduzub - 3:4.