"Bayer" yayda komandanı tərk etməsi gözlənilən Xabi Alonsoya əvəzedici axtarır.
Sport1.az xəbər verir ki, Leverkuzen klubu Alvaro Arbeloanı baş məşqçi təyin edə bilər.
İspaniya mətbuatı hazırda "Real"ın U-19 komandasına rəhbərlik edən Arbeloanın namizədlər siyahısında ilk sırada yer aldığını yazıb.
Qeyd edək ki, ötən il "Bayer"ə Almaniya çempionluğunu qazandıran Xabi Alonsonun növbəti mövsümdə "Rea"ın baş məşqçisi təyin olunacağı gözlənilir.