son dəqiqə SON DƏQİQƏ
Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tovuzda qolsuz sülh, "Araz-Naxçıvan" "Neftçi"yə qarşı - Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu

"Şahdağ Qusar"ın baş məşqçisi rəhbərliyin qərarını gözləyir - AÇIQLAMA

Bölmə adı II Liqa
Yayımlandı 5-05-2025, 19:43

II Liqanın 24-cü turunda "Şəfa" "Şahdağ Qusar"la heç-heçə etdi - 0:0.

Matçdan sonra Qusar təmsilçisinin çalışdırıcısı Elnur Abdullayev görüşlə bağlı fikirlərini Sport1.az-a açıqladı:

"Komanda olaraq bu oyunun əhəmiyyətini bilirdik. Bizim üçün qələbə daha çox vacib olsa da, 1 xal da bizə sərf edirdi. Hələ 2 oyunumuz qalıb. Hər şey məhz bu görüşlərdə bəlli olacaq. İstəyimiz bu matçlarda qələbə qazanaraq çempion olmaqdır".

Çalışdırıcı I Liqadakı hədəfləri barədə də danışdı:

"Artıq hədəfimizin birinə çatmışıq. Çempionluğun rəsmiləşməsi qalıb. Gələcək mövsümlə bağlı isə rəhbərliklə danışmalıyıq. Onların fikri, büdcə və hədəfləri nədir bunu bilməliyik. Ona görə də indi bununla bağlı fikir bildirmək düzgün olmaz".

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR