SON DƏQİQƏ
Misli Premyer Liqasının XXXIII turu çərçivəsində “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
Sport1.az xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Qarabağ"ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq”.
- Bu cür təslimçi əhval-ruhiyyədə oyuna çıxmaq nə dərəcədə doğrudur?
- Kim dedi ki, təslim olmuşduq? Belə bir şey yox idi.
- Düşünürsüz ki, "Sumqayıt"da qalmağa layiq məşqçisiz?
- Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq.