SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Sport1.az xəbər verir ki, bu ada İtaliyanın “İnter” klubunun futbolçusu Denzel Dumfris layiq görülüb. O, bu mükafat uğrunda mübarizədə Fransa PSJ-sinin oyunçusu Vitinyanı qabaqlayıb.
Denzel Dumfris yarımfinalın İspaniya “Barselona”sı ilə ilk oyununda (3:3) iki qol və bir məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, “İnter”lə “Barselona” arasında cavab oyunu mayın 6-da Milanda keçiriləcək.