son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Nazir İdman Akademiyasının tələbələri ilə görüşüb

Bölmə adı Digər
Yayımlandı 15-09-2026, 19:33

Sentyabrın 15-də Azərbaycan İdman Akademiyasına (ASA) yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Sport1.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ASA-nın rektoru Fuad Hacıyev və prorektoru Ülkər Babayeva iştirak ediblər.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Fərid Qayıbov, Fuad Hacıyev və Ülkər Babayeva çıxış edərək yeni tələbələrə uğurlar arzulayıblar.

Daha sonra Akademiyanın əvvəlki illərdə məzunu olmuş mütəxəssislərin tələbələrə ünvanladıqları videotəbriklər nümayiş etdirilib. Ardınca Akademiyaya yüksək balla qəbul olmuş bakalavr və magistratura pilləsində təhsil alan gənclər çıxış ediblər.

Tədbirin sonunda yüksək nəticə göstərərək Akademiyaya qəbul olan bakalavr Məcid Məmmədəliyevə (602,4 bal) və magistr Rəvan Səmədova (72,5 bal) tələbə vəsiqələri Fərid Qayıbov və Fuad Hacıyev tərəfindən təqdim olunub.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR