İspaniyanın paytaxtı Madrid şəhərində çimərlik voleybolu üzrə U-22 Avropa Çempionatı keçirilib.
Sport1.az xəbər verir ki, qitə birinciliyində oğlanların mübarizəsində 26 ölkədən 32 cüt, qızların yarışında isə 22 ölkədən 28 cüt qüvvəsini sınayıb.
Turnirdə ölkəmizi İbrahim Məmmədov / Muhamməd Aslanlı və Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil ediblər.
Reqlamentə əsasən, oğlanlarımız mübarizəyə təsnifat mərhələsindən, qızlarımız isə birbaşa əsas mərhələdən başlayıblar.
İbrahim Məmmədov / Muhamməd Aslanlı təsnifat mərhələsində İtaliya və İsrail komandaları ilə qarşılaşıb.
Hər iki oyun rəqib komandaların qələbəsi ilə başa çatıb.
Çempionata əsas mərhələdən qatılan Səbinə Əlizadə / Leyla Əliyeva isə İtaliya, Çexiya və Danimarka komandaları ilə qarşılaşıb.
Qızlarımız hər üç görüşdə məğlub olublar.
Çimərlik voleybolçularımız sentyabrın 17-dən 20-nə qədər Türkiyənin İzmir şəhərində keçiriləcək U-18 Avropa Çempionatında da iştirak edəcəklər.
U-22 Avropa Çempionatı (oğlanlar)
İtaliya - Azərbaycan 2:0 (21:15, 21:10)
İsrail - Azərbaycan 2:1 (21:15, 19:21, 15:11)
U-22 Avropa Çempionatı (qızlar)
İtaliya - Azərbaycan 2:0 (21:7, 21:8)
Çexiya - Azərbaycan 2:0 (21:12, 21:8)
Azərbaycan - Danimarka 0:2 (06:21; 18:21)