son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş fotosərginin açılışı keçirilib

Bölmə adı Digər
Yayımlandı 11-09-2026, 19:56

Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində fotosərginin açılış mərasimi baş tutub.

Sport1.az xəbər verir ki, “Crescent Mall”un 1-ci mərtəbəsində təşkil olunan tədbirdə Milli Paralimpiya Komitəsinin rəhbərliyi və əməkdaşları, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Paralimpiya çempionları və mükafatçıları, yeniyetmə və gənc paralimpiyaçılar, məşqçilər, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri, sərgidə nümayiş olunan fotoların müəllifləri olan fotoqraflar və digər qonaqlar iştirak ediblər.

Fotosərginin əsas məqsədi Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyət yolunu, Azərbaycan paralimpiya hərəkatının inkişaf tarixini və ölkəmizi beynəlxalq arenada təmsil edən Paralimpiya çempionları və mükafatçılarının nailiyyətlərini ictimaiyyətə təqdim etməkdir.

Sərgidə Azərbaycan paralimpiya hərəkatının müxtəlif inkişaf mərhələlərini, Paralimpiya çempionları və mükafatçılarının beynəlxalq yarışlardakı çıxışlarını, qazandıqları medalları və yaddaqalan idman anlarını əks etdirən fotolar nümayiş olunub. Eyni zamanda, Azərbaycan paralimpiya hərəkatının gələcəyini formalaşdıran yeniyetmə və gənc paralimpiyaçıların fotolarına da sərgidə xüsusi yer verilib.

Fotosərgi vasitəsilə ziyarətçilər Azərbaycan paralimpiya hərəkatının keçdiyi 30 illik inkişaf yolunu, müxtəlif nəsilləri təmsil edən Paralimpiya çempionları və mükafatçılarının idman mübarizəsini, onların iradə və əzmini, eləcə də ölkəmizin paralimpiya idmanında qazandığı nailiyyətləri fotoşəkillər vasitəsilə yaxından tanımaq imkanı əldə ediblər.

Qeyd edək ki, fotosərgidə nümayiş olunan fotolar iki həftə ərzində “Crescent Mall”un 1-ci mərtəbəsində ziyarətçilər üçün açıq olacaq. Sərgini ziyarət edənlər Azərbaycan paralimpiya hərəkatının 30 illik tarixini əks etdirən fotolarla yaxından tanış ola bilərlər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR