Tovuz Olimpiya İdman Kompleksində təmir işlərinə start verilib.
Sport1.az-ın əldə etdiyi məlumata görə, buna "Turan" Voleybol Klubunun Çempionlar Liqası çərçivəsində ev oyunlarını məhz burada keçirməsi səbəb olub.
Yenidənqurma işləri üçün ümumilikdə 1 milyon manata yaxın vəsait ayrılıb.
Oturacaqların sayı 680-dən 950-yə qədər artırılıb. Əlavə konstruksiya ilə birgə arenanın tutumu 1500 nəfərə qədər çatdırılıb.
Monitor dəyişdirilərək CEV-in (Avropa Voleybol Konfederasiyası) standartlarını uyğunlaşdırılıb.
Qeyd etdiyimiz bütün dəyişikliklər klubun prezidenti Həsən Zeynalovun maddi dəstəyi ilə edilib.