Qazaxıstanda "Changan Race Almaty 2026" yarışı keçirilib.
Sport1.az xəbər verir ki, turnirdə Azərbaycanın şose velosipedi üzrə U-23 yığmasının üzvü Süleyman Ələkbərov da iştirak edib.
Təmsilçimiz 2 mərhələnin yekununda ümumi təsnifatda 4-cü olub. O, ən yaxşı gənc velosipedçi köynəyinə layiq görülüb.