son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Azərbaycan bunu edən ilk ölkə oldu

Bölmə adı Digər
Yayımlandı 8-09-2026, 12:19

Avropa Şurasında antidopinq sahəsində əməkdaşlıq və Avropa ölkələrinin Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əlaqələrinin müzakirəsinə həsr olunan iki mühüm tədbir keçirilib.

Sport1.az xəbər verir ki, Avropa Şurasının WADA üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 72-ci və Avropa Şurasının Antidopinq Konvensiyası üzrə (T-DO) 63-cü iclasında ölkəmiz Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

CAHAMA-nın iclasında WADA-nın İcraiyyə Komitəsinin qarşıdakı toplantısının gündəliyi, Avropa nümayəndələrinin fəaliyyəti, OneVoice təşəbbüsü, eləcə də beynəlxalq antidopinq sistemində Avropa ölkələrinin mövqelərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

T-DO-nun iclasında 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi, iştirakçı dövlətlərdə milli antidopinq siyasətlərinin qiymətləndirilməsi, beynəlxalq standartlar, təhsil, hüquqi məsələlər, elm və antidopinq sahəsində əməkdaşlığın inkişafı ilə bağlı mövzular müzakirə olunub.

İclasda AMADA-nın hazırladığı 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsinin WADA ilə razılaşdırılması və qəbul edilməsi xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan və İrlandiya yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkələrdir.

Çıxış edən Təhminə Tağı-zadə bildirib ki, əsas məqsədimiz milli qaydaların yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə uğurla uyğunlaşdırılması olub. Sənəd hazırlanarkən ölkədaxili hüquqi tələblər və mövcud normativ-hüquqi baza da nəzərə alınıb.

Hazırlıq mərhələsində AMADA tərəfindən Gənclər və İdman Nazirliyi, Milli Məclisin Gənclər və idman komitəsi, eləcə də idman federasiyalarının nümayəndələri ilə bir sıra görüşlər keçirilmiş, geniş müzakirələr aparılmışdır.

Daha sonra T-DO alt qrupunun təqdimatları dinlənilib. "Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası" üzrə işçi qrupunun (T-DO GEMA) sədri, AMADA-nın İcraçı direktorunun müavini Rüfət Efendiyev inkişaf təqdimatı ilə çıxış edib. Bildirib ki, cari ilin sonunadək hazırlanan Tövsiyənin ilkin versiyasının T-DO Monitorinq Qrupuna təqdim olunması nəzərdə tutulur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR