son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Dünya üçüncüsü ilə görüş keçirilib

Bölmə adı Digər
Yayımlandı 7-09-2026, 21:58

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Dünya Çempionatında bürünc medal qazanan bocciaçı Sona Ağayeva ilə görüşüb.

Sport1.az xəbər verir ki, tədbirdə MPK-nın baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə, milli komandanın baş məşqçisi İlham Məhərrəmov, məşqçi Elşən Məhərrəmov və digər rəsmilər iştirak ediblər.

Görüş zamanı dünya çempionatında nümayiş etdirilən çıxışlar dəyərləndirilib, S.Ağayevanın yarışla bağlı təəssüratları dinlənilib, həmçinin qarşıdakı beynəlxalq turnirlər, hazırlıq planları və komandanın gələcək hədəfləri müzakirə olunub.

T.Rəhimov boccia üzrə Avropa və dünya çempionatlarında ilk medalın qazanılmasının Azərbaycan paraidmanı üçün böyük nailiyyət olduğunu bildirib. Görüşdə, həmçinin boccia üzrə ilk dəfə 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarına lisenziya qazanılması və bununla da tarixi nailiyyətə imza atılması istiqamətində qarşıya qoyulan məqsədlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR