SON DƏQİQƏ
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra “Cameroon International 2026” turnirinin qalibi olub.
Sport1.az xəbər verir ki, qadınların şəxsi yarışında “International Challenge” seriyalı turnirdə mübarizə aparan badmintonçumuz qızıl medal qazanıb.
Reytinqi yüksək olduğundan yarışa 1/8 finaldan başlayan Keişa Fatimə Zəhra ilk görüşündə Uqanda təmsilçisini mübarizədən kənarlaşdırıb. Badmintonçumuz 1/4 finalda BƏƏ idmançısına qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə də rəqibi BƏƏ təmsilçisi olan Keişa hər iki setdə qalib gələrək finala vəsiqə qazanıb.
Həlledici görüşdə badmintonçumuz BƏƏ təmsilçisi Prakriti Bharatha ilə qarşılaşıb. Keişa Fatimə Zəhra rəqibini 2:0 (21:16, 21:19) hesabı ilə məğlub edərək “Cameroon International 2026” turnirinin qızıl medalına sahib çıxıb.