SON DƏQİQƏ
Azərbaycanın paraüzgüçüsü Raman Salei Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Sport1.az xəbər verir ki, idmançımız 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:03.38 nəticə göstərərək həlledici mərhələyə yüksəlib.
Qeyd edək ki, Raman Salei finalda medal uğrunda mübarizə aparacaq.