son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Bakı Şəhər Çempionatı keçiriləcək

Bölmə adı Digər
Yayımlandı 7-09-2026, 12:56

Kamandan oxatma üzrə Bakı Şəhər Çempionatı keçiriləcək.

Sport1.az xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksinin stadionunda beynəlxalq standartlara uyğun Olimpiya sistemi əsasında baş tutacaq yarışda 50-yə yaxın idmançı çempionluq uğrunda mübarizə aparacaq.

​Mübarizə çərçivəsində U15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar.

Üç gün davam edəcək yarışın proqramına əsasən, 18 sentyabrda idmançıların məşq və sınaq atışları, 19 sentyabrda təsnifat və əsas seçmə mərhələləri, 20 sentyabrda isə gərgin final qarşılaşmaları və mükafatlandırma mərasimi təşkil ediləcək.

​Çempionatın yekununda yüksək nəticə göstərərək fərqlənən oxatanlar müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR