Dünya Çempionatında iştirak edəcək yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
Sport1.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.
Cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatı avqustun 20-dən 23-dək Ekvadorun Quayakil şəhərində keçiriləcək.
Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.