Bakıda qazax güləşi üzrə Dünya Çempionatı keçiriləcək.
Sport1.az xəbər verir ki, Azərbaycan yarışda 16 güləşçi ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Elşən Dünyamalıyev (55 kq), Eyvaz Baxşıyev (60 kq), Mirfəttah Seyidəliyev (65 kq), Elvin Bağırov (74 kq), Adil Adilzadə (90 kq), Tuncay Şamil (100 kq) və Məmməd Məmmədzadə (+100 kq) mübarizə aparacaq.
Qadınlar arasında Mələkxanım Məmmədova (48 kq), Aynur Əfəndiyeva (52 kq), Fidan Hüseynova (56 kq), Leyla Atayeva (60 kq), Məryəm Mehdiyeva (65 kq), Günel Həsənli (70 kq), Diana Şoranova (77 kq) və Nigar Süleymanova (+77 kq) çıxış edəcəklər.
Yarış avqustun 22-23-də Bakı İdman Sarayında keçiriləcək.