son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ●

Polina Rəhimova millidə çalışmaq istəyir: "Bu arzum reallaşmasa..."

Bölmə adı Voleybol
Yayımlandı 11-08-2026, 14:58

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova karyerasını başa vuracağı tarixi açıqlayıb.

Sport1.az xəbər verir ki, 36 yaşlı hücumçu Bakıda keçiriləcək AVRO-2026-nın qrup mərhələsinin matçlarından sonra yığma ilə vidalaşacağını söyləyib:

"Evdə karyerama yekun vurmaq böyük fürsətdir. Milli komandaya kömək etmək üçün gəlmişəm və eyni zamanda voleyboldan sonrakı həyata hazırlaşıram. Karyeramı başa vurduqdan sonra yığmada baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərmək istəyirəm. Bu arzum reallaşmasa, ailə qurub ana olmağı planlaşdırıram.

Yenidən milli komandaya qayıtdığım və ölkəmizin bayrağını qoruduğum üçün necə qürurlu və xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. Artıq ikinci dəfədir ki, öz evimizdə oynayacağıq. Digər ölkələri qəbul etmək, Azərbaycanı dünyaya tanıtmaq və ölkəmizin səfiri olmaq böyük şərəfdir".

Rəhimova Azərbaycan millisinin son durumundan da danışıb:

"Komandamız dəyişib. Artıq heyətdə köhnə, təcrübəli oyunçular yoxdur. Yeni nəsil formalaşır və əvəzetmə imkanlarımız o qədər də çox deyil. Bu, böyük sınaq olacaq, lakin turnirə müsbət yanaşıram. Hazırda əsas məqsədimiz qrup mərhələsini keçməkdir. Böyük vədlər vermək istəmirəm, çünki reallığı görürəm və inkişaf etdirilməli çox məqam var. Biz, sadəcə, əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərin dəstəyi bizə kömək edəcək".

Polina Azərbaycan millisi ilə 2005 və 2017-ci illərdə Avropa Çempionatında 4-cü yeri tutub.

O, AVRO-2017-də 151 xalla turnirin ən məhsuldar voleybolçusu olub.

İdmançı 2015-ci ildə Yaponiya Çempionatının matçında 58 xal toplayaraq bir oyunda ən çox xal toplamaq üzrə dünya rekorduna imza atıb.

Avqustun 21-dən 28-dək keçiriləcək C qrupunun oyunlarında Azərbaycan Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya seçmələri ilə qarşılaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR