son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ●

Cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib

Bölmə adı Cüdo
Yayımlandı 10-08-2026, 23:52

Avqustun 10-da Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib.

Sport1.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən proqramda ümumilikdə 62 məşqçi iştirak edir. 

Onlardan 39-u Azərbaycanı, digər iştirakçılar isə Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyanı təmsil edir.

Proqram çərçivəsində nəzərdə tutulan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir. Təlimlər zamanı iştirakçılara cüdo məşqçiliyinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunur. Proqramı uğurla başa vuran məşqçilər BCF Akademiyasının beynəlxalq sertifikatı ilə təltif ediləcəklər.

Bakıdakı proqram BCF Akademiyasının 10 illik fəaliyyəti ərzində təşkil olunan 150-ci sertifikat proqramı olması ilə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan indiyədək BCF Akademiyasının 6 sertifikat proqramına ev sahibliyi edib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR