son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ●

Azərbaycanda “More than medals” layihəsinin 10 illiyi qeyd olunub

Bölmə adı Güləş
Yayımlandı 10-08-2026, 19:56

“More than medals” layihəsinin 10 illik yubileyi münasibətilə Azərbaycanda beynəlxalq təlim-məşq toplanışı təşkil edilib.

Sport1.az xəbər verir ki, 3-8 avqust tarixlərində keçirilən tədbirdə 20 ölkədən 100-ə yaxın yeniyetmə güləşçi və nümayəndə iştirak edib. Layihənin əsas məqsədi güləşçilərin yalnız idman bacarıqlarının deyil, eyni zamanda sosial və şəxsi inkişafının dəstəklənməsi, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə tanış olmaları, dostluq əlaqələri qurmaları və birgə asudə vaxt keçirmələrinə şərait yaratmaq olub.

Beynəlxalq Olimpiya Komitəsi, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkil etdiyi toplanışın əsas hissəsi Milli Gimnastika Arenasında və Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilib. Burada yeniyetmə güləşçilər üçün birgə hazırlıq prosesi təşkil olunub, iştirakçılar müxtəlif məşqlərdə öz bacarıqlarını təkmilləşdiriblər.

Proqram çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mütəxəssisləri tərəfindən iştirakçılar üçün maarifləndirici anti-dopinq seminarı da keçirilib. Seminarda gənc idmançılara təmiz idmanın prinsipləri, antidopinq qaydaları və idmançıların üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verilib.

Düşərgənin iştirakçıları dəniz kənarında çimərlik güləşi üzrə məşqdə də iştirak edib. Qonaqlar paytaxtın görməli yerlərini ziyarət edib və müxtəlif sosial fəaliyyətlərə qoşulublar.

“More than medals” layihəsi gənc güləşçilərin idmandan kənar bacarıqlarının inkişafına, müxtəlif mədəniyyətlərdən olan idmançılar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR