son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ●

Azərbaycan beynəlxalq idman yarışına ev sahibliyi edəcək

Bölmə adı Digər
Yayımlandı 9-08-2026, 17:55

"Kamandan oxatma üzrə Ölkə Çempionatı və kuboku çox maraqlı və gərgin mübarizə şəraitində keçdi".


Sport1.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov deyib.

Yarışın təşkilatçılıq səviyyəsindən və yeniliklərdən söz açan baş katib bildirib:

“Ölkə çempionatı ilk dəfədir Binə Atçılıq Mərkəzində keçirildi. Yarışda yeni dekorasiyalardan, avadanlıqlardan və texnologiyalardan istifadə olundu. Artıq Beynəlxalq Federasiyanın xal hesablama sistemini tətbiq edirik. Görüşlər çox maraqlı və gərgin keçdi. Kişilər arasında çempion “shoot-off” (əlavə atış) nəticəsində bəlli oldu, idmançılar bərabər xallar topladıqdan sonra cəmi bir xal fərqi ilə qalib müəyyənləşdi”.

F.Xəlilov qadınların mübarizəsinə də toxunub:

“Üçüncü yer uğrunda görüşdə də böyük həyəcan yaşandı. “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı Yaylagül Ramazanova ilə Svetlana Simonova arasında gərgin mübarizə getdi. Proqnozlara baxmayaraq, S.Simonova qalib gəldi. Hər iki idmançı “shoot-off”da eyni xalı topladığı üçün hakim heyəti xüsusi ölçü cihazları vasitəsilə millimetrlik dəqiqliklə hesab apararaq qalibi müəyyənləşdirib".


Çempionatın əhəmiyyətini vurğulayan federasiya rəsmisi nəticələrin yığma komandanın formalaşmasında əsas rol oynayacağını bildirib:

“Bu yarış ümumi təqvim cədvəlinin tərkib hissəsidir. Çempionatın nəticələrinə əsasən növbəti il üçün milli komanda formalaşacaq. Qarşıda bizi çox vacib və gərgin dövr gözləyir. 2028-ci il Olimpiya ili olduğu üçün lisenziya yarışlarının əksəriyyəti 2027-ci ildə və 2028-ci ilin əvvəlində keçiriləcək. Məhz bu idmançılar lisenziya uğrunda mübarizə aparacaqlar. Artıq Məhəmmədəli Əliyev Avropa Oyunlarına lisenziya qazanıb. Biz çalışırıq ki, növbəti yarışlarda lisenziyaların sayını artıraq və qadın idmançılarımızın da ən azı bir nəfərlə təmsil olunmasını təmin edək”.

Baş katib Azərbaycanda beynəlxalq turnirlərin təşkili planlarından da danışıb:

“Beynəlxalq Federasiyanın rəsmi yarışlarına ev sahibliyi üçün müraciət müddəti uzun olur. Biz 2029-cu ilin əvvəli üçün müraciət etməyi planlaşdırırıq və bunun üzərində işləyirik. Bununla yanaşı, öz ölkəmizdə ənənəvi xarakter daşıyacaq yeni bir beynəlxalq turnir təsis etmək niyyətindəyik. Planımızda 10-dan çox ölkənin qatılacağı və miqyası ildən-ilə genişlənəcək turnir təşkil etmək var”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR