son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ●

Millimizdən 2 ardıcıl qələbə

Bölmə adı Voleybol
Yayımlandı 9-08-2026, 09:11

Azərbaycanın qadın voleybol millisi Avropa Çempionatına hazırlıq çərçivəsində Bakıda Latviya yığması ilə iki yoxlama oyunu keçirib.

Sport1.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan hər iki qarşılaşmada Azərbaycan millisi qalib gəlib. Komandamız ilk oyunda rəqibini 3:2, ikinci görüşdə isə 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi də izləyib.

Qeyd edək ki, Avropa Çempionatında C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

C qrupunun oyunları 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Yoxlama oyunları:

Azərbaycan - Latviya - 3:2 (21:25, 26:24, 25:20, 18:25, 20:18)

Azərbaycan - Latviya - 3:0 (25:21, 25:16, 25:18)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR