son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ●

Ölkə çempionatının açılış mərasimi keçirilib

Bölmə adı Digər
Yayımlandı 8-08-2026, 20:36

Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun rəsmi açılış mərasimi keçirilib.

Sport1.az xəbər verir ki, tədbirdə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani və Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva çıxış edərək idmançıları salamlayıb, onlara mübarizə əzmi və uğurlar arzulayaraq yarışı rəsmi şəkildə açıq elan ediblər.

​Çempionatın gedişatını və idmançıların gərgin mübarizəsini Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev də şəxsən izləyib.

Yüksək təşkilatçılıq və böyük maraqla davam edən yarışda U18 kateqoriyası üzrə idmançılar 60 metr, böyüklər isə 70 metr məsafədə qüvvələrini sınayıblar. Gərgin keçən gedişatın nəticələrinə əsasən, yarımfinal mərhələsinə vəsiqə qazanan idmançıların adları bəlli olub. U18 kateqoriyasında qızlar arasında qızıl medal uğrunda Sümeyyə Bədəlli ilə Şəms Heybətova, bürünc medal uğrunda isə Yağmur Qurbanlı ilə Zəhra Carçılı qarşılaşacaqlar.

Oğlanların mübarizəsində isə qızıl medal uğrunda Sərdar Vəliyev və Zahid Kazımzadə, üçüncü yer uğrunda isə Cəmil Novruzov və Hüseyn Məhərrəmov güclərini sınayacaqlar.
​Böyüklər kateqoriyasında qadınlar arasında çempionluq uğrunda Fatimə Hüseynli və Lalə Əbdürəhmanova, bürünc medal uğrunda Svetlana Simonova və Yaylagül Ramazanova hədəfi nişan alacaqlar. Kişilərin yarışında isə qızıl medal uğrunda Nurlan Rəhimli və Əli Qənbərli, bürünc mükafat uğrunda isə Salman Dadaşov və Amiran Morozeviç mübarizə aparacaqlar.

Qeyd edək ki, sabah final görüşləri baş tutacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR