son dəqiqə SON DƏQİQƏ
“Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ●

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokuna start verilib

Bölmə adı Digər
Yayımlandı 7-08-2026, 19:11

Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kubokuna start verilib.

Sport1.az xəbər verir ki, yarışın ilk günündə məşq sessiyaları və sınaq atışlarını uğurla yekunlaşdıran idmançılar ölkə birinciliyi uğrunda gərgin mübarizəyə qoşulublar.

​Günün ilk yarısında 15 yaşadək (U15) oxatanlar 40 metr məsafədə təsnifat və seçmə mərhələlərində öz qüvvələrini sınayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmaların yekununda həlledici mərhələnin cütlükləri bəlli olub.

Qızların yarışında qızıl medal uğrunda Məryəm İbrahimli və Selcan Məmmədli, bürünc medal uğrunda isə Zeynəb Abdullayeva və Ayşənur Novruzova mübarizə aparacaqlar. 

Oğlanlar arasında isə çempionluq titulu uğrunda Saleh Məmmədli ilə Məhəmməd İsmayılov, bürünc mükafat uğrunda isə Fuad Hüseynov ilə Əhməd İsmayılov yarışacaqlar.

Qeyd edək ki, sabah ölkə çempionatı və kubokunun rəsmi açılış mərasimi baş tutacaq, ardından isə U18 və böyüklər kateqoriyaları üzrə yarışlara start veriləcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR