son dəqiqə SON DƏQİQƏ
“Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ●

Pirallahıda futbol festivalı keçirilib

Bölmə adı Digər
Yayımlandı 7-08-2026, 15:56

Bu gün Pirallahı rayonunun 186 nömrəli tam orta ümumtəhsil məktəbində Pirallahı Rayon İcra Hakimiyyəti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "12 Avqust - Beynəlxalq Gənclər Günü" münasibətilə minifutbol üzrə rayon festivalı keçirilib.

Sport1.az xəbər verir ki, festivalda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rauf Əliyev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Federasiyanın baş katibi Asim Xudiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, fəal gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Minifutbol festivalı çərçivəsində komandalar arasında maraqlı və gərgin oyunlar keçirildi. Tədbir zamanı iştirakçılar öz idman bacarıqlarını nümayiş etdirərək sağlam rəqabət və komanda ruhu nümayiş etdiriblər. Festival idmanın təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili və rayon üzrə idmanın kütləviliyinin artırılması, habelə həvəskar gənclər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.

Festivalın sonunda fərqlənən komandalar və gənc oyunçular təşkilatçı qurumlar tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR