son dəqiqə SON DƏQİQƏ
“Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ●

Bakıda mükafat fondu 5 min dollar olan beynəlxalq turnir keçiriləcək

Bölmə adı Digər
Yayımlandı 7-08-2026, 11:58

Bakıda badminton üzrə "Azerbaijan Junior Open 2026" beynəlxalq turniri keçiriləcək.

Sport1.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar.

Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları - təxminən 8500 manat təşkil edir.

Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında ümumilikdə 22 yeniyetmə badmintonçu - 13 qız və 9 oğlan idmançı ilə təmsil olunacaq.

Beş kateqoriya üzrə keçiriləcək yarışlara avqustun 14-də saat 09:00-da start veriləcək. Turnirə avqustun 16-da baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.

Yarışın baş hakimi yunanıstanlı mütəxəssis Xristos Evangelidis olacaq.

"Azerbaijan Junior Open 2026" Azərbaycanda "Junior International Series" kateqoriyası üzrə keçiriləcək ilk beynəlxalq badminton turniridir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR