son dəqiqə SON DƏQİQƏ
“Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ●

Cahangir Fərəcullayevin inkişaf strategiyası fantaziyası - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 7-08-2026, 10:15

"Premyer Liqamızı daha cəlbedici etmək üçün "APL Fantasy" platformasını təqdim edirik. AFFA-nın İnkişaf Strategiyasının bir parçası olan yeni məhsul uzun müddətdir azarkeşlər tərəfindən gözlənilirdi”.

Bu fikirlər AFFA-nın baş katibi Cahangir Fərəcullayevə məxsusdur. Sitat federasiyanın rəsmi saytından götürülüb.

Əvvəlcədən deyim ki, "APL Fantasy"nin istifadəyə verilməsinə etirazım yoxdur. Dünyanın aparıcı ölkələrində belə platformalar azarkeş marağını artırır, liqanın tanıdılmasına kömək edir. Amma...

İntellektual baş katib Cahangir Fərəcullayev "APL Fantasy"ni AFFA-nın İnkişaf Strategiyasının bir parçası olaraq təqdim edir. Gülməli deyil?

Futboldan anlayışı olan şəxslər bilirlər ki, bu tərz layihələri inkişaf strategiyasının parçası yox, marketinq aləti adlandırırlar. Amma baş katibi dinləyəndə belə təsəvvür yaranır ki, azarkeşlər telefonda heyət quracaq, kapitan seçəcək, bizim futbol da inkişaf edəcək. Kaş ki, hər şey bu qədər asan olaydı.

Azərbaycanda idmanın bu növünün kifayət qədər problemi var. Uşaq futbolu illərdir arzulanan səviyyəyə çatmır. Regionlarda infrastruktur çatışmazlığı var. Hakimlik hər tur müzakirə olunur. Akademiyaların işi ilə bağlı suallar bitmir. Klubların böyük hissəsi hələ də dövlət vəsaitindən asılıdır. Millimiz tanımadığımız, adı-sanı olmayan ölkələrə uduzur...

Belə bir mənzərədə "Fantasy"ni inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim etmək yalnız fantaziya ola bilər. Niyə təəccüblənirik ki? Cahangir Fərəcullayev baş katib olandan sonra AFFA-da primitiv layihələri tarixi hadisə kimi təqdim etmək vərdişə çevrilib.

Gəlin, söhbəti bitirək! "Fantasy" futbolu inkişaf etdirmir. Belə platformalar artıq mövcud olan məhsulu daha cəlbedici edir. Güclü çempionatın "Fantasy"si də maraqlı olur. Problemlərlə boğuşan futbolu isə mobil tətbiqlə xilas etmək mümkün deyil.

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR